Generalın məhkəməsində QALMAQAL: yeni FAKTLAR ÜZƏ ÇIXDI - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Generalın məhkəməsində QALMAQAL: yeni FAKTLAR ÜZƏ ÇIXDI - YENİLƏNDİ

Elçin Quliyev bildirib ki, bura gələnlər öyrədilib. Zərərçəkmiş Maqsud Mahmudov buna etiraz edib.

Publika.az xəbər verir ki, o, generalla mübahisə edib: "Elçin Quliyev kimi ləyaqətsiz quldur generallar MTN-i dağıtdılar".

Elçin Quıiyev zərərçıkmişləri dələduz adlandırıb. Deyib ki, prokurorluğun sifarişilə burada danışırlar. O, söyləyib ki, burada olan zərərçıkmişlər bığ altında yatanlardır.

Maqsud Mahmudov Elçin Quliyevə şərəfsiz olduğunu deyib.

Növbəti proses süntabrın 22-də davam edəcək.

***

Əbülfət Məmmədov ifadəsində qeyd edib ki, intihar etməmişdən bir gün qabaq Malik Mustafeyvlə birlikdə restoranda olublar: “Həmişəkindən fərqli olaraq bu dəfə içki içmişdi, özünü pis hiss etdiyini bildirdi. Uzun müddətdir ki, evdən çölə çıxmırdı. Yaşamaq istəmədiyini bildiridi. Mən də ona təskinlik verirdim, qeyd edirdim ki, silahdı, qardaşın üstünə götürsün, uzağı bir ilə çıxar. Malik dedi ki, bu işdə silah söhbıti yoxdur, başqa söhnətlər var. Səhəri gün Malik intihar elədi. Evimdən çıxan məktubda qeyd olunmuşdu ki, ölümünə heç kim səbəbkar deyil, özüm intihar elmişəm”.

Elçin Quliyev bildirib ki, o, Malik Mustafayevin rəisi olmayıb: “Bu şahid Elçin adını prokurorluqda verdiyi ifadəsində çəkməyib. Sonradan könüllü istintaqa gəlib, ifadə verib. Malik Mustafayev intihar edəndən sonra Xətai rayon Prokurorluğunda istintaq aparılıb, cinayət işi olmadığı üçün işə xitam verilib. Bu müddət ərzində Malik Mustafayevin yaxın dostu kimi bu şahid istintaq cəlb olunmayıb. Mətləb Mustafayev həbsdən çıxandan sonra bu şahid də meydana çıxıb. İndi bu şahiddən soruşmaq istıyirəm ki, bu müddət ərzində şahid harada olub, bəlkə MTN tərəfindən təzyiq edirdilər, bəlkə başının kəsmək istəyiblər. Elçin və yaxud Məmmədtağı təzyiq edib? Bu məsələni izah etməsini xahiş edirəm”.

Bu zaman şahid generalən çıxışna belə cavab verib: “İstintaqda özbaşına ifadə verməmişəm. Müstəntiq məni dəvət edib. Mən də ifadə vermişəm. İndi burada baş kəsməkdən danışırlar, o qədər baş kəsibsən ki, ancaq baş kəsməkdən danışırsan. Əli müəllimi şəxsən tanımıram. Malikdən eşitmişəm ki, Əli müəllim MTN-də işləyib”.

Digər şahid Nadir Mədətov bildirib ki, 7 saylı Notorial Kontorunun notariusu işləyib. O bildirib ki, iş adamı Ələsgər Əliyevun epizodu üzrə dindirilib. Onun sözlərin görə, alqı-satqı işi ilə bağlı müraciət olunub, hüquqi sənədlər əsasında torpaq alqı-satqısı həayata keçirilib.

***

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Publika.az-ın xəbərinə görə, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyilə baş tutan prosesdə intihar edən MTN polkovniki Malik Mustafayevin epizodu üzrə Ədalət Məmmədov ifadə verib.

O bildirib ki, Malik Mustafayevlə dost olub, onunla birlikdə daim məclislərdə olublar: “Bir gün Maliklə görüşəndə, bildirdi ki, qardaşım Mətləbi tutublar, rəisim Elçin Əli müəllimin (MTN-də naziri müavini Əli Nağıyevdən söhbət gedir - red.) əleyhinə ondan ifadə almaq istəyir”.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm