Gədəbəydə DƏHŞƏT: Uzun illərdən sonra kəndə qayıtdı, valideynlərini öldürdü - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Gədəbəydə DƏHŞƏT: Uzun illərdən sonra kəndə qayıtdı, valideynlərini öldürdü - YENİLƏNDİ

Hadisə ilə bağlı Gədəbəy rayonu Qurudərə kənd icra nümayəndəliyi ilə əlaqə saxladıq.

İcra nümayəndəsi Nəsib Məmmədovun Publika.az-a verdiyi məlumata görə, hadisə dünən saat 16 radələrində baş verib.

Şöhrət Məsimovun valideynləri ilə qonşuluqda yerləşən təsərrüfat sahəsi olub. Həmin gün də təsərrüfat işləri görmək məqsədilə paytaxtdan kəndə gedib.

Lakin onun cinayəti hansı səbəbdən törətməsi məlum deyil.

Qeyd edək ki, Şöhrət Məsimov həyat yoldaşı və iki qızı ilə birlikdə illərdir ki, Bakıda yaşayıb və uzun müddətdən bəri Qurudərə kəndinə getməyib.

Faktla bağlı araşdırma davam edir.

***

Gədəbəydə dəhşətli qətl törədilib.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib hadisə yerini tərk edib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm