Şəmkirdə 22 yaşlı kişi bıçaqlandı
Bizi izləyin

Hadisə

Şəmkirdə 22 yaşlı kişi bıçaqlandı

Şəmkir rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Publika.az xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsinin kənarındakı mebel mağazasının önündə baş verib.

Şəmkir rayon Könüllü kənd sakini, 1995-ci il Kənan Elçin oğlu İdrisli hələ ki, bilinməyən şəxs tərəfindən mübahisə zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Qarın nahiyəsindən bıçaq yarası alan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm