Mingəçevirdə QƏZA - Sərxoş sürücü 6 nəfəri yaraladı
Bizi izləyin

Hadisə

Mingəçevirdə QƏZA - Sərxoş sürücü 6 nəfəri yaraladı

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Mingəçevirdə 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə şəhərin Gəncə şossesində, "Karvan Petrol”un qarşısındakı yol dairəsində qeydə alınıb.

Qəza zamanı "VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq qapalı yol dairəsinə girib və orada maneələrə çırpılıb. Nəticədə 5-i bir ailənin üzvü olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili xəstəxanaya çatdırılıb.

Xəsarət alan şəxslər:

Sürücü - 1955-ci il təvəllüdlü Yevlax rayon Tanrıqullar kənd sakini Yaqub Əmiraslan oğlu Mustafayev

Sərnişinlər - 1951-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Qivami Fərzəli oğlu Abdullayev

1985-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Zeynəb Abdulla qızı Abdullayeva

2011-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Zərifə Vüsal qızı Abdullazadə

2015-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Fərqanə Vüsal qızı Abdullazadə

2015-ci il təvəllüdlü Mingəçevir sakini Bayram Vüsal oğlu Abdullazadə

Xəstəxanaya yerləşdirilmiş yaralıların müayinə və müalicəsi davam edir.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm