Masallıda güclü külək binanın damını uçurdu (YENİLƏNDİ) - - FOTOLAR
Bizi izləyin

Hadisə

Masallıda güclü külək binanın damını uçurdu (YENİLƏNDİ) - - FOTOLAR

Masallıda güclü külək ciddi fəsadlar törədib.

Bu barədə APA-nın cənub bürosuna Masallı Memarlıq və Tikinti şöbəsinin müdiri Abbas Mikayılov məlumat verib. Onun sözlərinə görə, güclü külək və leysan yağışları nəticəsində 50 saylı yaşayış binasının dam örtüyünün bir hissəsi uçub. Nəticədə 5 avtomobil uçqun altında qalıb.

Hazırda ərazi ağır texnikaların və canlı qüvvənin köməkliyi ilə təmizlənir. Sabah binanın dam örtüyü yenidən bərpa olunacaq. Bundan başqa güclü külək beş ədəd iri gövdəli ağacı kökündən qoparıb, elektrik naqillərinə ciddi ziyan dəyib, 110 kilovatlıq yarımstansiyada qəza baş verib, transformatorlar sıradan çıxıb.

Hazırda bir neçə kənd və rayonun bir hissəsi elektrik enerjisiz qalıb. Fəsadların aradan qaldırlması isdiqamətində işlər davam etdirilir.

***

Masallıda güclü külək səbəbindən yaşayış binasının dam örtüyü uçub, bir neçə avtomobil əzilib.

Publika.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, 50 nömrəli binada qeydə alınıb.

Güclü külək və yağış səbəbindən binanın dam örtüyü uçub. Nəticədə orada avtomobillərini park edən sakinlərə məxsus 5-6 maşına ciddi ziyan dəyib.

Bir neçə kənddə enerji verilişində qısa fasilələr olub. Hazırda rayonda güclü küləyin yaratdığı digər fəsadlar barədə məlumat yoxdur. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm