Yağış rayonlarda hansı fəsad yaradıb?
Bizi izləyin

Hadisə

Yağış rayonlarda hansı fəsad yaradıb?

Sentyabrın 25-i gündüzdən 26-sı səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, qurum tərəfindən əvvəlcədən xəbər verildiyi kimi şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Böyük Qafqazda 16-80, Mərkəzi-Aran rayonlarında 1-20, Lənkəran-Astara zonasında 1-8, Naxçıvan MR-da 1-6 mm təşkil edib.

Ötən gecə ən çox yağıntı düşən İsmayıllı, Balakən, Oğuz və Göyçay rayon icra hakimiyyətlərindən Publika.az-a verilən məlumatda bildirilib ki, yağış güclü olsa da, rayon təsərrüfatına ciddi ziyan vurmayıb.
Cəlilabad rayonunda isə bir sıra kəndlər yağış elektrik naqillərində problem yaratdığından bir müddət yaşayış məntəqləri işıqsız qalıb. Adnalı kəndinə isə kiçik ticarət köşkünə ildırım düşüb, hadisə nəticəsində xəsarət alan olmayıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm