Gəncədə qız üstündə 2 nəfər bıçaqlandı
Bizi izləyin

Hadisə

Gəncədə qız üstündə 2 nəfər bıçaqlandı

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə şəhərin "Dubay bazarı" deyilən ərazisində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Sahil Eynulla oğlu Rəsulov və 1984-cü il təvəllüdlü Cavid adlı şəxs bıçaqlanıb. Hadisə qız üstündə yaranmış mübahisə zəminində baş verib. Belə ki, hələlik kimlikləri məlum olmayan üç nəfər şəxs yoldan keçən qıza baxdıqları üçün onlarla mübahisə edib. Daha sonra Sahili bel nahiyəsindən, Cavidi isə qarın boşluğundan bıçaqlayaraq hadisə yerindən qaçıblar. Hazırda Cavidin vəziyyətinin ağır, digərinkinin isə orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm