Akif Çovdarovun məhkəməsində prokuror övladları ilə bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDI - - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Akif Çovdarovun məhkəməsində prokuror övladları ilə bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDI - - YENİLƏNDİ

Günün ikinci yarısında davam edən prosesdə sabiq idarə rəisi Akif Əliyev son sözlə çıxış edib.

Publika.az xəbər verir ki, o, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra Akif Çovdarova son söz verilib. O, çıxşa hazır olmadığını deyib və məhkəmədən çıxışa hazırlaşmaq üçün əlavə vaxt istəyib.

Növbəti proses oktyabrın 4-də davam edəcək.

***

Polkovnik Səlim Məmmədov son çıxışında deyib ki, ona qarşı düşmənçilik 2008-ci ildən yaranıb.

Publika.az-ın xəbərinə görə, o, belə deyib: “Həmin vaxt biz bir polis mayorunun oğlu ilə bağlı tədbir keçirdik. Onun ekstaz satması barədə bizdə məlumat var idi. Həmin oğlan və danışdığı şəxslərin telefon nömrələrini dinləməyə qoyduq. Bu xətt zəncirvari olaraq Bakı şəhər prokurorunun oğluna və Əzizbəyov rayonunun keçmiş prokurorunun oğluna qədər çıxdı. Hər şeyi səliqəli şəkildə, qanun çərçivəsində etdik. Axtarışların hamısında şəxsən özüm iştirak etdim. Gəlib gördüm prokurorluq aləmi bir-birinə qatıb ki, sən prokurorluqların uşaqlarına sataşmısan. Az qalırdı məni xalq düşməni elan etsinlər. Ortada video var idi deyə işi “sındıra” bilmədilər. O uşaqların hərəsinin cibindən 300-350 tabletka çıxdı. Bizim düşmənçiliyimiz də o vaxtdan başladı”.

Səlim Məmmədov qeyd edib ki, özü, Akif Çovdarov və milli təhlükəsizlik naziri Eldar Mahmudov daim dövlətə xidmət ediblər: “Bzə qarşı verilən istənilən qərardan asılı olmayaraq dövlətimizə sadiq qalacağıq. Keçmiş “MTN-çi” olmur. Amma bizə qarşı qərəzli davranırlar”.

Səlim Mənmnədov bildirib ki, dövlətə xəyanət etməkdə ittiham edilən Rauf Mirqədirovu anasının yasına buraxdılar: “Amma anam öləndə məni buraxmadılar. Biz sizin uşaqlar üçün çalışıb narkotiklə mübarizə aparırdıq, siz bizimlə nəyin mübarizəsini aparırsız? Biz işləyəndə il ərzində 1 tondan çox narkotik vasitə aşkar edirdik”.

Digər təqsirləndirilən Oorxan Osmanov son sözlə çıxış edib. Həmin şəxs də barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

***

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Publika.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə Səlim Məmmədov son söz deyir. O, ittihamları qəbul etməyib.

Hazırda proses davam edir.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm