Toyda kütləvi dava - 40 yaşlı kişi döyüldü
Bizi izləyin

Hadisə

Toyda kütləvi dava - 40 yaşlı kişi döyüldü

Tovuz rayonunda toyda kütləvi dava olub.

Publika.az xəbər verir ki, hadisə sentyabrın 27-də axşam saatlarında rayonun Yanıqlı kəndində təşkil olunmuş toy mərasimində baş verib.

Toyda sərxoş vəziyyətdə olan bir neçə nəfər arasında mübahisə yaranıb və mübahisə davaya çevrilib.

Hadisə nəticəsində kənd sakini, 1977-ci il təvəllüdlü Əliyev Xəyal Valeh oğlu döyülüb. O, toy iştirakçılarının köməyi ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralının vəziyyəti ağırdır. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm