Zaqatalada 49 yaşlı kişi yandı
Bizi izləyin

Hadisə

Zaqatalada 49 yaşlı kişi yandı

Faktla bağlı araşdırma aparılır.

Bu gecə saat 04 radələrində Zaqatala rayonunun Sumaylı kənd sakini 1968-ci il təvəllüdlü Rövşən Şamil oğlu Qurbanov müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya verilən məlumata görə, 49 yaşlı Rövşən Qurbanov müayinə vaxtı verdiyi ifadəsində bildirib ki, kəndin inzibati ərazisində çöl sahəsində ocaq yandıran zaman ehtiyatsızlıqdan yanıb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Rövşən Qurbanova döş qəfəsinin, kürəyin, yuxarı ətrafların və aşağı sağ aralığın 3-cü dərəcəli termiki yanıq xəsarəti dioqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm