Bakı metrosunda ölüm hadisəsi
Bizi izləyin

Hadisə

Bakı metrosunda ölüm hadisəsi

Bakı metropoliteninin ərazisində ölüm hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyasının Nizami rayonu ərazisində yerləşən hissəsində qeydə alınıb.

Metrodan çıxan orta yaşlı kişi çıxışda pilləkənləri qalxarkən qəfil halı pisləşərək dünyasını dəyişib.

Ətrafdakı insanlar hadisə yerinə "təcili yardım" maşını çağırıblar. Xidmətin həkimləri ilkin rəy kimi onun ürək tutmasından öldüyünü bildiriblər.

Buna baxmayaraq, Nizami Rayon Polis İdarəsinin əməkdaşları meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm