Hadisə
Bakı metrosunda ölüm - (YENİLƏNDİ)

Bakı metropoliteninin ərazisində ölüm hadisəsi baş verib.
Hadisə “Koroğlu” metrostansiyasının Nizami rayonu ərazisində yerləşən hissəsində qeydə alınıb.
Metrodan çıxan orta yaşlı kişi çıxışda pilləkənləri qalxarkən qəfil halı pisləşərək dünyasını dəyişib.
Ətrafdakı insanlar hadisə yerinə “təcili yardım” maşını çağırıblar. Xidmətin həkimləri ilkin rəy kimi onun ürək tutmasından öldüyünü bildiriblər.
Buna baxmayaraq, Nizami Rayon Polis İdarəsinin əməkdaşları meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil veriblər. (report)
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a bildirib ki, hadisə Metropolitenin ərazisində baş verməyib.Bu səbəbdən də hadisə ilə bağlı onlara məlumat verilməyib.

-
Dünya02:00
ABŞ ilə Ukrayna gözlənilən sazişi imzaladı
-
Qoroskop01:40
Günün qoroskopu: Macəra ruhu və optimizm sizi irəli aparacaq
-
Elm və təhsil00:35
Bu gündən məktəblərdə yaz tətili başlayır
-
Region30 Aprel 23:55
İrandakı partlayışda ölənlərin sayı 300 nəfərə çatdı
-
Art30 Aprel 22:17
Azərbaycanın Xalq rəssamı vəfat etdi
-
Dünya30 Aprel 19:55
Məşhur ekstrasensdən 2025-ci ilin sonu ilə bağlı QORXUNC PROQNOZ
-
Sosial30 Aprel 18:50
Azərbaycanda ən çox tələb olunan 5 peşə
-
Hadisə30 Aprel 18:30
Şadlıq sarayında 55 nəfərin zəhərlənməsinin səbəbi bilindi