Barda tanış olduğu qadını evində öldürdü
Bizi izləyin

Hadisə

Barda tanış olduğu qadını evində öldürdü

Bakıda qətl törətməkdə təqsirləndirilən 42 yaşlı Vorobyov Sergey Nikaloyeviçin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, 42 yaşlı Vorobyov Sergey Nikaloyeviç evində Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü İlahə Şahbazovanı öldürüb. Müəyyən edilib ki, Sergey Vorobyov 34 yaşlı İlahə ilə mayın əvvəlində şəhərin mərkəzindəki barlardan birində tanış olub. Həmin vaxtdan sonra onlar Sergeyin NZS-dəki evində yaşamağa başlayıblar. Sergey Vorabyov istintaqa ilkin ifadəsində deyib ki, qadın özünü ona Arzu adı ilə təqdim edib və Türkmənistanda doğulduğunu, atasının Sumqayıtda yaşadığını, 15 il əvvəl ailə qurduğunu, uğursuz olan bu izdivacdan 12-13 yaşlı oğlunun olduğunu deyib.

Subay olan və tək yaşayan Sergey Vorabyov öldürdüyü qadınla bağlı başqa informasiyaya malik olmadığını vurğulayıb.

Hadisənin necə baş verdiyinə gəlincə, tək və sərbəst həyat tərzi sürən Sergeylə bir aya yaxın eyni evdə yaşayan həmin qadın onun sonrakı rəftarlarından narazı qalıb və cütlük arasında qısqanclıq münaqişələri yaranıb. Mayın 31-də onlar arasında dava-dalaş olub və həmin qadın Sergeyə bıçaqla hücum edib. Sevgilisinin əlindən bıçağı alan 42 yaşlı Sergey bir bıçaq zərbəsi ilə onu öldürüb.

Qadının meyiti isə evdən iyunun 3-də tapılıb. Sergey Vorabyov ilkin ifadəsində qadının yıxılaraq xəsarət alması və boynunun sınması nəticəsində öldüyünü desə də, sonradan yalan danışdığı üzə çıxıb.

Növbəti proses oktyabrın 10-da davam edəcək.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm