Hadisə
Eldar Mahmudovun məhkəməyə çağırılması barədə vəsatət verildi - (YENİLƏNDİ)
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Publika.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə sənədlərin tədqiqi məhhələsi başlayıb. Hazırda cinayət işində zərərçəkmişlərin epzodu üzrə sənədlər tədqiq edilir.
Prosesdə zərərçəkmiş iş adamı Mətləb Mustafayev vəsatətlə çıxış edib. O, vəsatətində Elçin Quliyev ifadəsinə toxunub: “Elçin Quliyev ifadəsində göstərib ki, zərərçəkmiş Maqsud Məmmədovdan alınan 120 min dollar pulun bölgüsünə nəzarəti Eldar Mahmudov edib. Bildirib ki, Eldar Mahmudov onlara tapşırıb ki, kuratorluq etdiyi sahələrdə olan imkanlı şəxslərdən pul almaq lazımdır”.
Mətləb Mustafayev bu epizodların araşdırılması üçün Eldar Mahmudovun məhkəməyə çağırılmasını istəyib. Hakim bildirib ki, bu vəsatətlərə növbəti iclasda baxılacaq.
Daha sonra zərərçəkmiş Mətləb Mustafayev bildirib ki, onun evinə silah qoyublar. O, deyib ki, həmin şəxslər ləyaqətsiz hərəkətlər ediblər, onu şərləyiblər.
Elçin Quliyev bildirib ki, Mətləb Mustafayevin evindən silah tapılıb.
Mətləb Mustayev isə generala belə cavab verib: “Ay bədbəxt, mənim evimə silahı sentyabrın 11-də qoymusunuz. Ancaq silahın yararlı olması barədə Natəvan Mirvətovanın verdiyi rəy 10 sentyabrda qeydiyyatdan keçib. Elçin Quliyev ifadəsində daxili telefonla Eldar Mahmudovun ona zəng edərək mənim evimdə silah olduğunu deyib. Bir həftə sonra yenidən zəng edərək bacımın evində silah olduğunu deyib. Xahiş edirəm həmin əməliyyat məlumatının surəti məhkəməyə təqdim edilsin”.
Hakim bildirib ki, bu vəsatətə növbəti prosesdə münasibət bildiriləcək.
Daha sonra proses qapalı keçirilib. Qapalı iclasda Elçuin Quliyevin dövlət əmlakını talaması epizodu araşdırılır.
Hacı Zeynalov
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı