Ukraynada yanğında 4 azərbaycanlı DİRİ-DİRİ YANDI - FOTOLAR
Bizi izləyin

Hadisə

Ukraynada yanğında 4 azərbaycanlı DİRİ-DİRİ YANDI - FOTOLAR

Ukraynanın Zaporojye şəhərindəki hostellərdən birində ötən gün baş verən yanğında 4 azərbaycanlı ölüb.

Publika.az xəbər verir ki, bu haqda vv.com.ua saytı fövqəladə xidmətlərə istinadən məlumat yayıb.

Yanğın zamanı 5 nəfər ölüb. Daha bir nəfər xəstəxanada dünyasını dəyişib. Ölənlərdən biri binanın mühafizəçisidir.

Dörd nəfəri, o cümlədən 2009-cu il təvəllüdlü uşağı xilas etmək mümkün olub.

Yanğının səbəbləri hələ müəyyən edilməyib.

Hosteldə əsasən topdansatış tərəvəz bazarının satıcılarının qaldığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm