Hadisə
Qaxda GÖZLƏNİLMƏZ OLAY: bəy toydan qabaq... - TƏFƏRRÜAT (YENİLƏNDİ)

Qaxın Almalı kəndində toyuna bir həftə qalmış bəy sirkə turşusu içib. İntihara cəhd edən Nofəl Yusifovun hansı səbəbdən bu addımı atması bütün kənd sakinlərini təəccübləndirib.
Sakinlərin Publika.az-a verdiyi məlumata görə, o sirkə turşusu içən kimi anasına bunu deyib:
“Dünən qız toyu olub, orada da mehribancasına deyib-gülüb. Yəni nişanlısı ilə hər hansı problemi olmayıb. Toyun səhəri günü isə o sirkə turşusu içib. Həmin vaxt anası evdə olub, içən kimi də anasına məlumat verib. O, təcili Qax rayon Mərkəzi Xəstəxanasına aparılıb. Oradan isə Bakıya göndəriblər”.
Sakinlər deyir ki, N.Yusifov son iki aydır başında ağrılardan şikayət edirmiş:
“Bildiyimiz qədəri ilə onun ciddi problemi yoxdur. Nofəl elektrik malları təmiri ilə məşğuldur. O gecə saat 3-4-ə qədər işləyirdi. Biz də hər zaman bunu ona irad tuturduq. Nofəl gecələr yata bilmədiyini, bu cür işləməyin daha rahat olduğunu deyirdi. Son iki ayda isə mütəmadi olaraq başında ağrılardan şikayət edirdi. Həkimə də getmişdi, ağrıların sinirlə bağlı olduğunu demişdilər. Heç kim Nofəldən belə bir hərəkət gözləmirdi, bütün kənd şokdadır”.
***
Qaxda 26 yaşlı oğlan toyuna 6 gün qalmış özünü sirkə
turşusu ilə zəhərləyib.
Publika.az-ın xəbərinə görə, bu gün saat 17
radələrində rayonun Almalı kənd sakini, 1991-ci il təvəllüdlü Nofəl
Məzahir oğlu Yusifov kəskin zəhərlənmə əlamətləri ilə Qax Mərkəzi
Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.
MRX-dan verilən məlumata görə, həkim müayinəsi zamanı məlum olub
ki, 26 yaşlı Nofəl Yusifov hələ ki, bilinməyən səbəbdən bilərəkdən
sirkə turşusu qəbul edib. Nofəl Yusifova xəstəxanada lazımi tibbi
yardım göstərilib, vəziyyəti ağır olduğu üçün müayinə və
müalicəsini davam etdirmək üçün axşam saat 19:30 radələrində
Respublika Toksikologiya Mərkəzinə göndərilib.
Məlumatda o da bildirilir ki, Nofəl Yusifov nişanlı olub, oktyabrın
1-də qız toyu olub, ayın 8-də isə Nofəlin öz toyu olacaqdı.
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.
Gülxar

-
Hadisə14:05
Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
-
ABŞ13:25
Tramp pomidorun bahalaşmasına səbəb olacaq
-
Sosial12:55
Şərurlu İsfəndiyar oğlunun həbsindən danışdı
-
Dünya11:22
Zelenski Rusiyanı ittiham etdi: Pasxa atəşkəsini pozublar
-
Magazin110:24
Toyda yerə 200 min dollar səpiblər... - Əməkdar artist
-
İdman09:00
Qurban Qurbanov bu kluba yollana bilər
-
MDB08:12
Həştərxanda bağ evində DƏHŞƏT - 5 uşaq yanaraq öldü
-
Dünya06:16
Məşhur iş adamı Balidə itkin düşdü - FOTO