ADA-nın icra Şurası Fransanın Konyak şəhərinə səfər etdi
Bizi izləyin

Hadisə

ADA-nın icra Şurası Fransanın Konyak şəhərinə səfər etdi

30 sentyabr tarixində Azərbaycanın Dostları Assosiasiyasının icra Şurasının üzvləri Fransanın Konyak şəhərinə 2 günlük səfər edib. Səfər çərçivəsində, ilk dəfə olaraq ADA-nın icra Şurasının Parisdən kənar sessiyası keçirilib. Iclası açan Konyak şəhərinin meri, ADA- nın idarə heyətinin üzvü Mişel Qurənşas Assosiasiyanın bütün üzvlərini bu tarixi şəhərdə salamlayaraq, iclasın məhz Konyakda baş tutduğuna öz məmnunluğunu bildirib, Konyak şəhəri ilə Azərbaycan arasındakı təməli böyük uğurla qoyulmuş və intensiv inkişaf edən qardaşlıq əlaqələrindən bəhs edib.

Publika.az xəbər verir ki, o, Tovuz və Konyak şəhərləri arasnda 2014-cü ildə imzalanmış qardaşlaşma sazişi çərçivəsində həyata keçirilmiş layihələr haqqında məlumat vermişdir.

ADA -nın Prezidenti, Milli Assambleyanın sabiq deputatı Jan- Fransua Mansel Assosiasiyasının əsas devizinin hər iki xalqın daha da yaxınlaşmasına xidmət etdiyini, Assosiasiyasının yenidən bərpasından qisa müddət keçməsinə baxmayaraq bu istiqamətdə müxtəlif uğurlu layihələrin həyata keçirildiyini vurğulayıb. O,Konyak şəhərinin Azərbaycanla əməkdaşlıq və qardaşlıq əlaqələri yaratmış Fransanın ilk şəhərlərdən olduğunu xatırladaraq, ümumiyyətlə son 25 ildə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb. ADA-nın iki ölkə arasında müxtəlif sahələrin inkişafında xüsusi rol oynadığını vurğulayan Jan- Fransua Mansel, Azərbaycanı Fransada tanıtmaq istiqamətində də intensiv səylər göstərdiyini qeyd edib.

O, ADA-nın ölkəmizin zəngin tarixini və mədəniyyətini fransız xalqına yaxından tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan Respublikasının Fransadakı səfirliyinin dəstəyi ilə Fransanın bir çox bölgələrində və müxtəlif şəhərlərində həyata keçirilən layihələri dəstəklədiyini və bu kimi layihələrin ikitərəfli əlaqələrin inkişafında rolunu vurğulayıb. Daha sonra gündəlikdə müzakirə ediləcək mövzuları idarə heyətinə təqdim etmiş, 2018-ci ildə nəzərdə tutulmuş tədbirlər planını icra Şurasının üzvləri ilə müzakirə edib.

İclas zamanı idarə heyətinin üzvləri ilk Demokratik Respublikanın yaradılması, Azərbaycanda qadınlara səsvermə hüququnun 100 illiyi, ölüm hökmünün ləgv edilməsinin 20 illiyi və bir sıra əlamətdar hadisələrdən söz açaraq, 2018 -ci ilin Azərbaycan üçün əlamətdar bir il olacağı fikrini səsləndiriblər. J.F Mansel yalnız fransalı parlamentarların deyil, bir çox sənət adamlarının da ölkələrimiz arasında əlaqələrinin inkişafına, iki xalqın yaxınlaşmasına xüsusi töhfə verdiyini qeyd edib.

ADA -nın baş katibi Mirvari Fətəliyeva 2017-ci ilin 6 aylıq tətdbirlər planının hesabatını təqdim edərək qarşıdan gələn layihələr barədə icra Şurasının üzvlərinə ətraflı məlumat verib, assosiasiyanın üzvlərinin sayinın günbəgün artdığını nəzərə çatdırıb. Assosiasiyanın təsisçisi və fəxri sədri, Fransanın Azərbaycandakı ilk səfiri Jan Perən Azərbaycanın Dostları Assosiasiyasının Azərbaycanla bağlı həqiqətlərin Fransada, daha da geniş təbliğ edilməsi üçün göstərdiyi səylərini yüksək qiymətləndirmiş və səylərin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycanın Dostları Assosiasiyasının İcra Şurasının tərkibinə yeni üzvlər seçilmiş, habelə YUNESCO-nun mədəni diplomatiya uzrə xoşməramlı səfiri, sulh artisti Edva Ser açıq səsvermə yolu ilə yekdilliklə sədr müavini vəzifəsinə seçilib. İlin sonunda bu tərkib və ADA- nın 2018-ci il üçün fəaliyyət planı Baş Assambleyaya təqdim ediləcək. Iclasdan sonra icra Şurasının üzvləri “Tovuz Nar Evi"nin açılışında iştirak ediblər. Konyak şəhərinin meri Mişel Qurinşas Fransa və Azərbaycan arasında əməkdaşlığın inkişafından danışaraq ikitərəfli münasibətlərin getdikcə genişləndiyini və möhkəmləndiyini vurğulayıb. Rəsmi çıxışlardan sonra "Tovuz Nar Evi"ndə satışa çıxarılan məhsullarin dequstasiyasi keçirililib. 1 oktyabr tarixində ADA-nın nümayəndə heyəti Konyak Oranjerisində yerləşən ölməz şairəmiz, dünya şöhrətli rübailər ustası Məhsəti Gəncəvinin heykəlini ziyarət edib.

Daha sonra Konyak şəhərinin meri ADA-nın nümayəndə heyətini qəbul etmiş, rəsmi görüş ziyafətlə davam etmişdir. Uzun və perspektivli müzakirələrlə zəngin bu səyahət Konyak şəhərinin tarixi və incəsənəti muzeyinin ziyarəti ilə basha çatıb.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm