Fizika sahəsi üzrə Nobel mükafatının laureatları BƏLLİ OLDU
Bizi izləyin

Hadisə

Fizika sahəsi üzrə Nobel mükafatının laureatları BƏLLİ OLDU

2017-ci il üçün fizika sahəsi üzrə amerikalı tədqiqatçılar - Rayner Vayss, Harri Berriş və Kip Torn “Nobel” mükafatına layiq görülüb.

Publika.az bildirir ki, bu barədə İsveç Kral Elmlər Akademiyasının Nobel komitəsi məlumat yayıb.

Alimlər LIGO - lazer-interferometrik dalğavari-qravitasiya rəsədxanasının baniləridir. Onlar sözügedən rəsədxananın köməyi ilə qravitasiya dalğalarını aşkar etməyi bacarıblar.

2015-ci ilin sentyabrında tədqiqatçılar 53 günəş ölçüsündə, “qara dəliklər” kütləsilə doğulmuş qravitasiya dalğalarının sıçrantısını qeydə alıblar.

Məlumat üçün bildirək ki, Laureatların mükafatlandırılması mərasimi ənənəvi olaraq, 10 dekabrda Stokholmda “Nobel” mükafatının banisi - İsveç sahibkarı və ixtiraçı Alfred Nobelin ölüm günündə keçirilir (1833 – 1896).

Hər mükafatın məbləği 9 milyon İsveç kronası (milyon ABŞ dolları) təşkil edir.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm