Akif Çovdarov bəraət istədi - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Akif Çovdarov bəraət istədi - (YENİLƏNDİ)

Akif Çovdarov çıxışının sonunda bütün epizodlar üzrı danışıb və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Publika.az xəbər verir ki, məhkəmə hökm qəbul etmək üçün müşavirəyə çıxıb.

***

Günün ikinci yarısında başlanan prosesdə Akif Çovdarov çıxışını davam etdirib: “Əgər dövlətim və hakim məni cəzalandırarsa, mən bunu xidmətimin davamı kimi qiymətləndirəcəm. Həmişə dövlətimə sadiq olmuşam. Hətta indi də sadiqəm, cəzalamdırılsam belə”. Hazırda proses davam edir.

***

Akif Çovdarov son sözündə ölkədə xidmətlərinin olduğunu deyib: "MTN-də işlədiyim vaxtlardan mənə qarşı qərəzli münasibətlər aparılıb. Mən ölkəm üçün, vətənim üçün xitmət aparmışam. İttihamların da hamısı qərəzlidir"

Hazırda prosesdə fasilə elan olunub.

***

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Publika.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə Akif Çovdarova söz verilib.

O, 20 səhfədən ibarət çıxış hazırlayıb və son söz deməyə başlayıb.

Akif Çovdarov ittihamları qəbul etmədiyini bildirib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Akif Çovdarovun çıxışı zamanı mühüm faktları açıqlayacağı gözlənilir. Bu səbəbdən proses qapalı keçirilir.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm