Prokuror Bakıda ali məktəblərdə terror planlaşdıran şəxsə cəza istədi
Bizi izləyin

Hadisə

Prokuror Bakıda ali məktəblərdə terror planlaşdıran şəxsə cəza istədi

Terrorçuluq və digər cinayətlərdə ittiham olunan İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının azərbaycanlı üzvü Fərid Sadıqovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib. O, Fərid Sadıqovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses oktyabrın 6-da davam edəcək.

İttihama görə, “Əbdülxaliq” dini ləqəbli Fərid Sadıqov İŞİD terror təşkilatının ideyalarının Azərbaycanda qəbul olunması və cinayətkar məqsədlər üçün Qərib Dəmirov, Məhəmməd Ulubəyov və digər şəxslərlə əlaqəyə girib. Adları çəkilən şəxslər Bakı Dövlət Universiteti, İslam Universiteti, Neft Akademiyasında terror həyata keçirmək, əhali arasında vahimə yaratmaq istəyiblər. Dəstə üzvləri şimal zonasında olan şərab mağazalarına və lombardlara hücum etməyi planlaşdırıblar.

Dəstə üzvləri Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilib. Dəstənin digər üzvü Fərid Sadıqov isə sonradan həbs edilib. Fərid Sadıqov Cinayət Məcəlləsinin 218.1-ci (cinayətkar birliyin üzvü olma), 214-cü (terrorçuluğa hazırlıq) və digər maddələri ilə ittiham edilir.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm