Məhkəmədən Əfqan Muxtarlı barədə QƏRAR
Bizi izləyin

Hadisə

Məhkəmədən Əfqan Muxtarlı barədə QƏRAR

Jurnalist Əfqan Muxtarlının barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətinə baxılıb.

Publika.az xəbər verir ki, Nəsimi rayon Məhkəməsinin qərarı ilə Əfqan Muxtarlının vəsatəti təmin edilməyib.

İttihama görə, Əfqan Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (Qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə Əfqan Muxtarlının barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, daha sonra isə onun həbs müddəti daha 2 ay uzadılıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm