Yevlaxda ölümlə nəticələnən ağır yol qəzası
Bizi izləyin

Hadisə

Yevlaxda ölümlə nəticələnən ağır yol qəzası

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Salahlı və Hürüuşağı kəndlərini birləşdirən avtomobil yolunda qeydə alınıb.

Belə ki, "VAZ-21012" markalı avtomobil traktora çırpılıb. Nəticədə minik maşınında olan sərnişin, 38 yaşlı Flora Zakir qızı Məmmədova aldığı xəsarətlərdən hadisə yerində keçinib. Sürücü və digər iki azyaşlı uşaq isə yüngül bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm