Bakıda avtobusda sərnişin bıçaqlandı
Bizi izləyin

Hadisə

Bakıda avtobusda sərnişin bıçaqlandı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, 1999-cu il təvəllüdlü Camalov Məmməd Ehtiram oğlu 62 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna minərkən tanımadığı şəxs ona iki bıçaq zərbəsi vurub.

Yaralı avtobusdakı sərnişinlərin köməkliyi ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı hadisənin baş verdiyi ünvana Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsinin əməkdaşları cəlb olunub. Hadisəni törədən şəxsin axtarışına başlanılıb. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm