Lənkəran-Lerik yolunda hərəkət qismən BƏRPA EDİLDİ - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Lənkəran-Lerik yolunda hərəkət qismən BƏRPA EDİLDİ - FOTO (YENİLƏNDİ)

Lerik rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikov Publika.az-a açıqlamasında bildirib ki, yolda hərəkət qismən bərpa edilib:

“Son günlər yağan yağış səbəbindən Lənkəran-Lerik yolunun 17-52-ci kilometrliyində uçqun baş vermişdi. Yol kənarındakı iri diametrli ağaclar, iri qayalar və torpaq avtomobil yoluna tökülmüşdü. Bu səbəbdən yolda hərəkət tam məhdudlaşdırılmışdı. Gecə saatlarından 52-ci Yol İstismar sahəsinin əməkdaşları hadisə yerində iş aparıb. Hazırda yolda hərəkət qismən bərpa edilib. Tam bərpa edilməsi istiqamətində də iş aparılır”.

***

Sürüşmə nəticəsində Lənkəran-Lerik yolu tamamilə bağlanıb.

Torpaq qatının tökülməsi yolun tamamilə bağlanmasına səbəb olub.

Hadisə Lənkəran-Lerik yolunun 27-ci kilometrliyində qeydə alınıb. Hazırda yolun 17 km-dən 52-ci kilometrinədək ciddi problem yaranıb. Yollar tamamilə bağlanıb.

Rayon Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, yolda nəqliyyatın hərəkətini təmin etmək məqsədi ilə Yol İstismar İdarəsinin ağır texnika və işçi heyəti cəlb edilib. Hazırda yola dağılan iri ağaclar hissələrə bölünərək yığışdırılır, torpaq qatı təmizlənir. (apa)

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm