Maskalılar evə basqın etdi: anaya xəsarət yetirdilər, uşaqların əl-qolu bağladılar,
Bizi izləyin

Hadisə

Maskalılar evə basqın etdi: anaya xəsarət yetirdilər, uşaqların əl-qolu bağladılar,

Şəmkirdə maskalı şəxslər evə basqın ediblər.

Hadisə rayonun Zəyəm Çırdaxan kəndində baş verib.

Belə ki, naməlum maskalı şəxslər mənzil sahibi Yeganə Məmmədovaya xəsarət yetirib, onun hadisə zamanı evdə olan 2006-cı və 2008-ci il təvəllüdlü övladlarının əl-qolunu bağlayıblar.

Naməlum şəxslər evdən 10 000 rus rublu və 300 manat pul götürərək hadisə yerindən qaçıblar.

Fakla bağlı hüquq-mühafizə orqanı araşdırma aparır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm