Gədəbəydə DƏHŞƏTLİ QƏTL: kişi keçmiş arvadının başını kəsdi - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Gədəbəydə DƏHŞƏTLİ QƏTL: kişi keçmiş arvadının başını kəsdi - (YENİLƏNDİ)

Gədəbəydəki qətlin təfərrüatı məlum olub.

Teleqraf.com xəbər verir ki, iki azyaşlı uşağı olan ana atasının evində məskunlaşıb. Sentyabrın 5-də, axşam saatlarında sərxoş vəziyyətdə qayınatasının evinə gələn Fariz arvadı ilə barışmaq, onu öz evinə aparmaq istəyib.

Lakin Mətanət onunla getməkdən imtina edib. Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Fariz keçmiş arvadının başını kəsib.

Cinayəti törədən Fariz Muxtarov hadisə yerindən qaçıb. Hazırda polis və prokurorluq əməkdaşları Fariz Mustarovun tutulması üçün əməliyyat tədbirləri həyata keçirir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

***

Gədəbəydə qətl hadisəsi törədilib.

Rayonun Arıxdam kəndində 1988-ci il təvəllüdlü Fariz Muxtarov boşandığı həyat yoldaşı, 1988-ci il təvəllüdlü Mətanət Muxtarovanın başını kəsib.

Cinayəti törədən F. Muxtarov hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanları onun tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirir.

Məlumata görə F. Muxtarovla M. Muxtarova təxminən iki il əvvəl boşanıblar. Onların iki azyaşlı övladı var. Qətl hadisəsi M. Muxtarovanın atasının evində törədilib.

Faktla bağlı araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm