Hadisə
Parisdə azərbaycanlı modelyerin kolleksiyası nümayiş edildi

Azərbaycanın Fransadakı səfirliyi və Azərbaycanın Dostları Assosiasiyasının (ADA) dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzində Avstraliyada yaşayan azərbaycanlı modelyer Həcər Qalanın (Mme Challie markası) kolleksiyası "Fashion Glam Couture"-ün Prezidenti Miryam Lariyerin təşkilatçılığı (fr. Myriam Larriere) ilə nümayiş edilib.
"Paris-Azərbaycan Evi"nin prezidenti Mirvari Fətəliyeva Publika.az-a bildirib ki, Paris moda həftəsi çərçivəsində təşkil olunan moda nümayişində ADA-nın prezidenti Jan-Fransua Mansel, Fransada Azərbaycan səfirliyinin konsulu Zaur Fərhadov, Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva, Fransanın tanınmış aktyor, incəsənət xadimləri, modelyerlər iştirak ediblər.
Həcər Qala 25 ildən artıqdır ki Avstraliyada yaşayaraq sǝnǝti ilǝ mǝşǧul olur. Vətəndǝn uzaqda yaşamasına baxmayaraq, o, əl işlərini Azərbaycanın zəngin çalarlarından, mədəni irsindən ilhamlanaraq yaradır. Azǝrbaycan milli geyimlərinin səciyyəvi elementlərindən, dekorativ tikmə növlərindǝn istifadǝ edǝn modelyer rǝngarǝng kolleksiyası ilǝ Azərbaycanı təmsil edir.
Azərbaycan klassik musiqi sədaları altında keçrilǝn moda nümayişi tamaşaçıların rǝǧbǝtinǝ vǝ böyük marağına səbəb olub.
Leyla Sarabi

-
Region22:08
İstanbulda yenə zəlzələ oldu
-
Kriminal21:07
Zərərçəkmiş şəxs Ermənistan ordusunun törətdiyi vəhşiliklərdən danışdı - MƏHKƏMƏ
-
Yaxın Şərq20:45
Suriyanın yeni bayrağı BMT-də dalğalandı
-
Dünya19:30
Putin Trampın nümayəndəsi ilə görüşdü
-
Ekologiya18:20
Ayın son beş günü hava necə olacaq? - Yağış, külək, dolu...
-
Rəsmi xronika17:37
İlham Əliyev üç sərəncam imzaladı
-
Sosial16:35
Əvəz Zeynallı azadlığa buraxıldı
-
Dünya15:12
Narışkindən etiraf: Bakıda bu ölkənin kəşfiyyat xidməti rəhbərlərindən biri ilə görüşüb