Hadisə
Anadan DƏHŞƏTLİ ƏMƏL: südə zəhər qatıb 5 yaşlı qızına içirdi

Qusar rayonunda 5 yaşlı qızını öldürməkdə ittiham olunan rayon sakini Gülnarə Saypullayevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsindən Publika.az-a verilən məlumata görə, cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib. Hazırlıq iclası oktyabrın 11-ə təyin edilib.
İttihama görə, 2017-ci il iyunun 14-də Qusar rayonunun Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva qızı, 5 yaşlı Luiza Saypullayevanın qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının zəhərlənərək öldürüldüyü müəyyənləşib.
Şübhəli şəxs qismində dindirilən Gülnarə Saypullayeva ilkin ifadəsində qızını ilan sancdığını deyib. Amma ekspertizanın rəyindən sonra məlum olub ki, qızcığaz zəhərlənib. Bundan sonra ana həqiqəti etiraf edib və südə zəhər qataraq uşağa içirdiyini bildirib.
Gülnarə Seypullayeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.
Hacı Zeynalov

-
Avropa02:19
İspaniyada AES-lərin fəaliyyəti dayandırıldı
-
Qoroskop00:15
Günün qoroskopu: Böyük xərclərdən çəkinmək məsləhətdir
-
Dünya28 Aprel 23:40
Hindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri
-
Magazin128 Aprel 21:48
Azərbaycanın Xalq artisti yıxıldı, qolu sındı
-
Nida Xəbər 28 Aprel 20:50
“Bir görəydim ayrılığı kim saldı?” - Pezeşkianın Bakıda ayaqda alqışlandığı anlar - VİDEO
-
Hadisə28 Aprel 20:30
Gəncədə ağır qəza - Xəsarət alanlar var
-
Hadisə28 Aprel 19:50
Aeroport yolunda 1 saatlıq tıxaca səbəb olan qəzanın görüntüləri - VİDEO
-
Kriminal28 Aprel 19:30
Bako Sahakyan Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqlədi