Azərbaycanlı qadına qarşı Türkiyədə DƏHŞƏTLİ HƏRƏKƏT: təcavüz etdi, yandırdı və... - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

Azərbaycanlı qadına qarşı Türkiyədə DƏHŞƏTLİ HƏRƏKƏT: təcavüz etdi, yandırdı və... - FOTO/VİDEO

İşləmək üçün Türkiyəyə gedən azərbaycanlı qadın təcavüzə məruz qalıb, üzərinə nitrat turşusu tökülüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 41 yaşlı, 2 uşaq anası Arzu İsmayılovaya qarşı bu hərəkəti borc pul istədiyi tanışı edib.

Samsun Təhsil və Tədqiqat Xəstəxanasının yanıq mərkəzində müalicə alan A.İsmayılova ona qarşı bu hərəkəti edənin cəzalandırılmasını tələb edib.

A.İsmayılova bildirib ki, 3-4 il əvvəl işləmək üçün Azərbaycandan Samsuna gedib:

“Bir neçə gün əvvəl isə borc pul istədiyim R.P. adlı şəxs mənə təcavüz etmək istədi, ona etiraz edəndə isə nitrat turşusunu üstümə tökdü. Evdən qaçaraq qonşuları çağırdım. Onların köməyilə xəstəxanaya yerləşdirildim. Bu halımla belə o, məni təhdid edir, mesaj yazaraq öldürəcəyini deyir. Mənə köməklik edilməsini istəyirəm. Həmin şəxs tutulmalıdır”.

A.İsmayılovanın vəkili Səməd Çaylan hadisə ilə bağlı hüquqi prosedurların başlandığını bildirib. Məlumata görə, qadının üstünə nitrat turşusu tökən R.P. polis tərəfindən saxlanılıb, ifadə verəndən sonra sərbəst buraxılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm