• USD 1,7000 0,00% EUR 2,0014 -0,31%
    • GBP 2,3463 -0,22% RUB 0,0234 -0,43%

Sumqayıtda top mərmisi aşkarlandı

  • Hadisə
  • 8 Oktyabr 2017 09:51
  • 561 Baxış
Sumqayıtda top mərmisi aşkarlandı

Sumqayıtda top mərmisi aşkarlanıb.

ANAMA-dan Publika.az-a daxil olan məlumata əsasən, oktyabrın 6-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Sumqayıt şəhərində 1 ədəd mərminin olması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən oktyabrın 7-də Sumqayıt Texnologiyalar Parkı (STP) MMC-ə məxsus olan metal əritmə zavodunun ərazisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik top mərmisi (OF-462) aşkar edilib, havanın qaranlıq olması ilə əlaqədar olaraq əməliyyat 07 oktyabr 2017-ci il tarixində davam etdirilib, aşkar olunmuş mərminin daşınması mümkün olduğuna görə Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərminin ətrafında 2 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR