
Ucarda piyadanın ağır xəsarət alması ilə nəticələnən qəza olub.
Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Ucar- Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində baş verib.
Ucar rayon sakini Vaqif Qanboy oğlu Əliyev idarə etdiyi
"Mercedes" markalı minik maşını ilə yol kənarı ilə hərəkət edən
Göyçay rayon sakini, 1991-ci il təvəllüdlü Rəhman Şakir oğlu
Məmmədovu vurub.
Ağır xəsarət alan R. Məmmədov hadisə törədən sürücünün köməkliyi
ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin
yardım göstərilib. R. Məmmədov Ucar Mərkəzi Rayon Xəstəxanasında
Tramotologiya Şöbəsi olmadığı üçün Göyçay Mərkəzi Rayon
Xəstəxanasına göndərilib.
Faktla bağlı araşdırma aparılır.