Bakıda dəhşətli qəzanın görüntüləri yayıldı - FOTO/VİDEO (18+) - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda dəhşətli qəzanın görüntüləri yayıldı - FOTO/VİDEO (18+) - (YENİLƏNDİ)

Baş vermiş hadisə nəticəsində yük avtomobilinin sürücüsü qəzadan canını qurtarmaq üçün özünü maşından atıb. Şəxsin bu cəhdi isə onun ölümünə səbəb olub. Belə ki, o kamazdan çölə tullanmaq istəyərkən avtomobilin altında qalaraq, parçalara ayrılıb.

Publik.az A24.az-a istinadla həmin dəhşətli görüntüləri təqdim edir.

***

Yasamalda yük avtomobili aşıb, sürücü hadisə yerində ölüb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda “Howo” markalı yük avtomobili aşıb, kuzada olan qum ətrafa dağılıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və kinoloqları hadisə yerinə cəlb olunub. Xilasedicilər sürücü, 1983-cü il təvəllüdlü Haqverdiyev Xalid Əlirza oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Qum altında insan faktorunun olması ehtimalı ilə kinoloqlar xüsusi təlim görmüş itlərlə müvafiq axtarış işləri aparıblar. Əməliyyat başa çatıb.

***

Bakının Yasamal rayonunda, Tbilisi prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, içi qumla dolu "Howo" markalı yük avtomobili prospektdə hərəkətdə olarkən aşıb. Qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb. Onun cəsədi parçalanmış formada müəyyən edilib.

Hadisə zamanı daha 1 nəfərin də öldüyü ehtimal edilir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib və həmin cəsədin axtarışlarına başlayıb.

Qəza zamanı ölən sürücü hadisədən bir qədər əvvəl atası ilə telefonla danışaraq hərəkətdə olan "Howo" markalı yük avtomobilini saxlaya bilmədiyini bildirib.

Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə yük avtomobilinin təkəri sıradan çıxıb. Nəqliyyat vasitəsinə idarəetməni itirən sürücü avtomobili tərk etmək istəyərkən onun təkəri altında qalıb.

Qeyd edək ki, yük avtomobilinin aşması nəticəsində yola dağılmış qumun bir hissəsi təmizlənib və hərəkət nisbətən bərpa edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm