Arvadını öldürən keçmiş polis əməkdaşının cəzası yüngülləşdirildi
Bizi izləyin

Hadisə

Arvadını öldürən keçmiş polis əməkdaşının cəzası yüngülləşdirildi

Bakıda 2 saylı Doğum Evinin həkim-ginekoloqu Natəvan Əliyevanın qətlində ittiham olunan keçmiş həyat yoldaşı Samir Əliyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Samir Əliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4, 29,120.2.5, 29,120.2.9, 29,120.2.10-cu (xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla, tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı və təkrar adam öldürməyə cəhd) maddələri həmin məcəllənin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsinə tövsif edilib.

Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsinə isə müddətin başa çatması ilə əlaqədar olaraq, xitam verilib.

Məhkəmə Samir Əliyevin cəzasından 1 il çıxıb və ona qəti olaraq 19 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Əliyev 20 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, hökmdən apelyasiya şikayəti vermişdi və barəsində bəraət hökmünün çıxarılmasını istəmişdi. İttihama görə, 2015-ci il iyulun 6-da gecə saatlarında Bakı-Quba yolunun 55-ci kilometrliyində yandırılmış qadın meyiti tapılıb. Meyitin Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olduğu müəyyən edilib. Meyit tapılandan bir neçə gün sonra Natəvan Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis əməkdaşı Samir Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm