Hadisə
Anar Məmmədxanovun xanımının iti tapıldı - FOTO - (YENİLƏNDİ)

Anar Məmmədxanovun həyat yoldaşı İradə Məmmədxanovanın oğurlanmış “caucau” cinsli iti tapılıb.
Bu haqda “Qafqazinfo”ya məlumatı redaksiya ilə əlaqə saxlayan İ. Məmmədxanova verib: “Mənə bu işdə köməklik etdikləri üçün polis əməkdaşlarına təşəkkür edirəm. İt Şüvəlan istiqamətində küçələrin birində tapılıb. Belə ki, it həyətdən çıxıb Şüvəlan tərəfə gedib. Küçədə yaşayan bir ailənin itdən xoşu gəlib və onu həyətə salıblar. Onlar bunu oğurlamaq məqsədilə etməyiblər. Sadəcə it xoşlarına gəlib. Biz də həmin evi tapdıq və onu bizə qaytardılar”.
***
Bakıda “caucau” cinsli it oğurlanıb.
Hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində baş verib. Paytaxt sakini, 1970-ci il təvəllüdlü İradə Məmmədxanova polisə müraciət edərək bildirib ki, “caucau” cinsli iti bağ evinin qarşısında naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.
Müraciət əsasında axtarış tədbirləri həyata keçirilir.
Qeyd edək ki, iti oğurlanan qadın “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı, mərhum deputat Anar Məmmədxanovun həyat yoldaşıdır.
Onu da bildirək ki, “caucau” cinsi itlərin qiyməti 2 min manatdan yuxarıdır. (lent.az)


-
Səhiyyə04:44
Boyun ağrısının ümumi səbəbi məlum oldu
-
Elm və təhsil01:41
Keçid balı ən az olan İXTİSASLAR - SİYAHI
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Kiçik səhvlər böyüyə bilər
-
Magazin229 Aprel 23:36
Məşhur rok qrupunun vokalisti VƏFAT ETDİ - FOTO
-
Sosial29 Aprel 22:48
7 ay əvvəl toyu olmuşdu...
-
Magazin129 Aprel 22:12
“Həmin məktəb həyat yoldaşımın adını daşıyır”
-
Nida Xəbər 29 Aprel 21:00
Prezidentin qızları ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimində - FOTO
-
Hadisə29 Aprel 19:30
Bakının mərkəzindəki yanğınla bağlı YENİ XƏBƏR