Hadisə
Toyuna 1 həftə qalmış özünü öldürmək istəyən oğlandan YENİ XƏBƏR

“Toyuna 1 həftə qalmış sirkə turşusu içərək intihar etmək istəyən Qax rayon Almalı kənd sakini Nofəl Yusifovun vəziyyəti ağır stabildir”.
Bu barədə Publika.az-a onun müalicə aldığı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.
A.Maqsudov bildirib ki, krizisdən çıxsa da, o hələ də, danışa bilmir.
“Bir neçə qurtum sirkə turşusu içib və ağız boşluğu, qida borusu, mədəsi yanmışdı. Xəstəxanaya yerləşdiriləndə vəziyyəti ağır dəyərləndirildi, qanaxması var idi. Hazırda nisbətən vəziyyəti stabilləşsə də, danışmasına icazə vermirik. Çünki bu, zərərli ola bilər. Danışa bilmədiyindən özünü niyə öldürmək istədiyi barədə dəqiq məlumatımız yoxdur. Ola bilər ki, depressiya vəziyyətində olub”.
Kənd icra nümayəndəsinin müavini Elçin Haqverdiyev Publika.az-a bildirib ki, ailə üzvləri onunla danışsa da, bu addımı atma səbəbini soruşmayıblar:
“İndi ailəni əsas maraqlandıran məsələ onun sağlığıdır. Çox danışdırmırlar, sadəcə bir neçə söz soruşurlar. Nofəlin bu addımı toylarını təxirə salsa da, qız evi ilə aralarında hər hansı narazılıq yoxdur. Həkimlər sağalması üçün azı 1 ay vaxt veriblər. Yəqin ki, tam sağalandan sonra nə üçün belə bir addım atması anlaşılacaq”.
Qeyd edək ki, N.Yusifov oktyabrın 3-də sirkə turşusu içərək intihara cəhd edib. Ondan bir gün əvvəl isə qız toyu olub, dünən üçün isə oğlan toyu olmalı idi. Toyuna bir həftə qalmış onun belə bir addım atması ailəsi və kənd sakinlərini şoka salıb.
Gülxar
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

-
Sosial12:55
Şərurlu İsfəndiyar oğlunun həbsindən danışdı
-
Dünya11:22
Zelenski Rusiyanı ittiham etdi: Pasxa atəşkəsini pozublar
-
Magazin110:24
Toyda yerə 200 min dollar səpiblər... - Əməkdar artist
-
İdman09:00
Qurban Qurbanov bu kluba yollana bilər
-
MDB08:12
Həştərxanda bağ evində DƏHŞƏT - 5 uşaq yanaraq öldü
-
Dünya06:16
Məşhur iş adamı Balidə itkin düşdü - FOTO
-
Magazin105:15
Həmin toyda müğənni də zəhərlənibmiş: “Ölümdən qayıtdım” - FOTO
-
Hadisə04:14
Sumqayıtda ticarət mərkəzindəki yanğının TƏFƏRRÜATI - VİDEO