Xalq şairinin oğlunun qətli ilə bağlı məhkəmə keçirildi
Bizi izləyin

Hadisə

Xalq şairinin oğlunun qətli ilə bağlı məhkəmə keçirildi

Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi öldürməkdə təqdirli bilinən Elnur Nəhmədov, Pərviz Hüseynov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Ruslan Məmmədov ifadə verib. O, qətlə yetirilən Yalçın Qocayevlə birgə yeyib-içdiklərini bildirib: “Sonra Elnur Yalçına söhbəti olduğunu dedi. Birgə yedik-içdik. Rəhmətlik Elnura “niyə gecələr mənim evimə zəng edirsən” dedi. Sonra Elnurla aralarında mübahisə yarındı. Yalçın söyüş söyməyə başladı. Elnur onu itələyəndə Yalçın yıxıldı. Sonra Pərviz onu qaldırmaq üçün məndən kömək istədi. Onu yerindən qaldırdıq. Biz təcili tibbi yardım maşını çağırdıq. Hələ rəhmətlik məndən siqaret istədi. Bir qədər keçəndən sonra Yalçının səsi xırıldadı, nəfəsi az gəlirdi. Elnur çox qorxdu, ağlamağa başladı. Hadisə yerinə təcili tibbi yardım maşını gəldi. Yalçın öləndən sonra evimizə getdim. Yalçının telefonu da məndə idi, aparıb satdım. Çünkü pulum qurtarmışdı”.

Məhkəmədə Ruslan Məmmədovun istintaqa verdiyi ifadəsi elan olunub. O, istintaqa verdiyi ifadəsini özünün yazmadığını, yalnız imza etdiyini deyib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm