• USD 1,7000 0,00% EUR 1,9921 -0,12%
    • GBP 2,3201 -0,16% RUB 0,0233 +0,43%

Qax sakini ad günündə ehtiyatsızlığın qurbanı oldu

  • Hadisə
  • 10 Oktyabr 2017 19:33
  • 509 Baxış
Qax sakini ad günündə ehtiyatsızlığın qurbanı oldu

Qax rayonunda 27 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb.

Publika.az xəbər verir ki, Qax şəhər sakini, 1990-cı il təvəllüdlü Zakir Fikrət oğlu Əhmədov yaşadığı evin həyətində santexnik işləri görərkən ehtiyatsızlığın qurbanı olub.

Belə ki, Z.Əhmədov həyətdə plastmas boruları yapışdıran ütüdən istifadə edib işini yekunlaşdırarkən ehtiyatsızlıq edib. O, bir-neçə yerdən zədəli olan uzadıcı naqilin açıq hissəsinə əllə toxunub. Nəticədə yer nəm olduğundan elektrik cərəyanı onu vuraraq öldürüb.

Qeyd edək ki, Z.Əhmədov 1990-cı il oktyabrın 10-da Qax şəhərində doğulub və bu gün 27 yaşını tamam olurdu. (report)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR