Hadisə
Xızıda 235 ədəd partlamamış hərbi sursat aşkar edildi

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam etdirilib.
ANAMA-dan Publika.az-a verilən məlumata görə, oktyabrın 10-da yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Sitalçay kəndi ərazisində 2 ferma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 235 ədəd partlamamış hərbi sursat (PHS), 61 ədəd partlamış-yanmış mərmi qalıqları və 2 165 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 931 000 kv.m (93.10 ha) ərazi yoxlanılıb.
Ümumiyyətlə, 39 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 13 ferma ərazisinə, 38 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib, 11 522 ədəd partlamamış hərbi sursat (PHS), 4 753 ədəd partlamış-yanmış sursat qalıqları və 27 197 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 43 904 828 kv.m (4 390 ha) ərazi yoxlanılıb.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

-
Maraq dünyası01:41
Alimlər işığı düyünlərə bağladılar
-
Kriminal01:11
Azərbaycanlı qadın müğənni qardaşı tərəfindən ÖLDÜRÜLDÜ - “Həbsdən zəng edib demişdim ki...”
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Gözlənilməz hadisələr səni stresə sala bilər
-
Region17 Aprel 22:36
Çavuşoğlunun atası VƏFAT ETDİ
-
Art17 Aprel 22:12
Azərbaycanlı kinorejissor vəfat etdi - FOTO
-
Kriminal17 Aprel 21:12
Dəhşətli qətl və intiharın ŞOK TƏFƏRRÜATI - 5 ay əvvəl ailə qurduğu qadının... / VİDEO
-
Nida Xəbər 17 Aprel 20:24
Polkovnikin cəzası açıqlandı - Xidmət rəisi də zalda həbs olundu
-
Sosial17 Aprel 20:20
Fazil Məmmədova yüksək VƏZİFƏ VERİLDİ - FOTO