Binaların üzərindəki xatirə lövhələrini oğurlayan dəstə üzvləri ələ keçdi
Bizi izləyin

Hadisə

Binaların üzərindəki xatirə lövhələrini oğurlayan dəstə üzvləri ələ keçdi

Yasamal və Səbail rayonlarında yerləşən yaşayış binalarının üzərlərindəki xatirə lövhələrini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, xatirə lövhələrini oğurlamaqda şübhəli bilinənlərin ikisi Bakı, biri Abşeron sakinidir.

“Daxili İşlər Nazirliyin ayrı-ayrı sutrukturlarının yüksək peşəkarlıqla birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal və Səbail rayonlarında yerləşən yaşayış binalarının üzərlərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə lövhələrini oğurlayan şəxslərə qarşı xüsusi əməliyyat tədbiri həyata keçirilib və nəticədə həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Abbasov və Müşviq Axundov, həmçinin Abşeron rayon sakini Kamran Əhmədov saxlanılıblar”-deyə məlumatda bildirilir.

DİN-dən verilən məlumata görə, dəstə üzvü olan Hüseyn Abbasovun ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun oktyabrın 1-də əməkdar incəsənət xadimi, bəstəkar Qəmbər Hüseynlinin Yasamal rayonunun N.Nərimanov küçəsindəki xatirə barelyefini oğurlaması da müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm