Hadisə
Dövlət sərhədini pozan 53 nəfər saxlanıldı
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sentyabr ayı ərzində dövlət sərhədini pozduqlarına görə 53 nəfər saxlanılıb.
DSX-nın Mətbuat Mərkəzindən Publika.az-a verilən məlumata görə, onların 19 nəfəri Azərbaycan, 9 nəfəri Özbəkistan, 2 nəfəri Rusiya, 16 nəfəri İran, 2 nəfəri Tacikistan, 1 nəfəri Əfqanıstan, 1 nəfəri C.Afrika, 1 nəfəri Suriya, 1 nəfəri Misir, 1 nəfəri Konqo vətəndaşları olub.
Sərhəd rejim qaydalarını pozarkən 998 halda 1118 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə-orqanları tərəfindən axtarışda olan 445 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 28 kq 747,1 qram narkotik maddə aşkar edilərək götürülüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 1 milyon 851 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 2 ədəd siqnal tapançası, 2 ədəd mina, 18040 ABŞ dolları, 2 milyon Rusiya rublu, 6 milyon İİR tüməni, 6 kq mis, 5092 qutu pirotexniki vasitə, 4877 qutu siqaret, 292 ədəd mobil telefon, 2476 ədəd müxtəlif növ dərman preparatları, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR