Hadisə
5 uşağı ilə İraqda ölən azərbaycanlı qadın ora necə gedibmiş? - - FOTO
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə İraqda, əsir düşərgəsinə bomba atılması nəticəsində azərbaycanlı qadın və onun beş uşağı öldürülüb. Bu, vaxtilə dini radikallara qoşularaq, Türkiyəyə, oradan isə İraqa gedən İlahə Əliqulu qızı Abdullayevadır. Onun seçdiyi yanlış yol həm özü, həm də körpə uşaqları üçün dəhşətli faciə ilə nəticələnib.
İlahənin anası Səfayə Abdullayeva AzVision.az-a bildirib ki,
faciədən sonra yalnız bir nəvəsi - 3 yaş 5 aylıq Umeyr sağ qalıb.
Bu həftə ərzində Umeyri dövlət orqanlarının dəstəyi ilə Azərbaycana
gətirəcəklər.
- Gecə-gündüz nəvəmiz Umeyrin Azərbaycana gətirilməsini gözləyirik.
Bu gecə Abdullah adlı uşaq Azərbaycana gətirlib. Bizə də bu barədə
məlumat verdilər. Amma o, bizim nəvəzmiz Abdulla deyil. Bizim ən
kiçik nəvəmiz Abdulla 1 yaş beş aylıq idi. Partlayış zamanı o da
həlak olub. Tək sağ qalan nəvəm isə Umeyirdir. O, bir neçə gün öncə
tapılıb. Əsirlərin qaldığı düşərgədə saxlanılırmış,- deyə Səfayə
Abdullayeva AzVision.az-a bildirib.
Səfayə xanımın sözlərinə görə, qızı İlahənin beş övladı vardı, biri
isə bətinində idi: “Mətbuatda yazılır ki, guya Azərbaycana
gətirilən Xədicə adlı körpə qız Abdullanın bacısıdır. Bu, yanlış
məlumatdır. Umeyrin heç bir bacı-qardaşı sağ qalmayıb. Bizim evə
nümayəndələr gəlib baş çəkiblər, şəraitimizlə də maraqlanıblar ki,
Umeyri Azərbaycana gətirəndə harada saxlayacağıq. Ölən günümə qədər
balamın balası Umeyri göz bəbəyim kimi saxlayacağam”.
Qızının İraqa necə gedib çıxdığını AzVision.az-a danışan Səfayə
xanım bildirib ki, İlahə 2014-cü ildən Türkiyədə yaşayırdı. 2015-ci
ildə məhz oradan İraqa keçib: “Guya din yolunda universiteti
yarımçıq atdı. Yalvardım, ağladım ki, qızım, təhsilini davam elə.
Dedi ki, ana, mən Allah yolunda gedirəm.
İlahə ilə axırıncı dəfə avqusutun 2-də danışdım. Dedi ki, ana, hər
şey yaxşıdır, narahat olma. Qızım hamilə idi. Sentyabrın 2-də isə
ölüm xəbərini alqdıq. Onun uşaqları ilə birgə qaldığı əsir qadınlar
düşərgəsinə bomba düşmüşdü. Sonra eşitdik ki, əri Süleyman da qətlə
yetirilib. Ən böyük nəvəm Əsmanın dekabr ayında 10 yaşı olacaqdı.
Allah heç bir valideynə bunu yaşatmasın. Bu dərd məni bir ana kimi
son günə qədər yandırıb-yaxacaq.
Ölən nəvələrimin adları Əsma, Səlma, Ərvan, Abdulla idi. Abdullah
ən balacası idi. O da partlayışda həlak olub. Qızım İlahə ora gedən
gündən biz göz yaşı tökürük...”
İkinci qız Səlma
5 yaşlı Ərva
1 yaş 9 aylıq Abdulla
3 yaş yarımlıq Umeyirdi. Yalnız Umeyir sağ qalıb.
3 yaş yarımlıq Umeyir. Hazırda sağdır
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO