Bakıda QORXUNC QƏZA: betonqarışdıran maşın "VAZ"-ın üstünə aşdı - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda QORXUNC QƏZA: betonqarışdıran maşın "VAZ"-ın üstünə aşdı - FOTO (YENİLƏNDİ)

Bakıda metronun "Koroğlu" stansiyasının yaxınlığında betonqarışdıran maşın sürücünün ehtiyatsızlığı səbəbindən aşıb.

Qəza Heydər Əliyev prospektindən Ziya Bünyadov prospektinə dönən yolda qeydə alınıb.

"Bakı Metropoliteni" QSC-yə məxsus, 90 JZ 947 dövlət nömrə nişanlı, "Man" markalı avtomobil İlman Abbasovun idarə etdiyi "VAZ 2107" markalı, 90 BA 041 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb.

Betonqarışdıran maşının sürücüsü İlqar Bayramovun yüngül xəsarət aldığı bildirilir.

***

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Bir qədər əvvəl metronun “Koroğlu” stansiyasının yaxınlığındakı körpüdə hərəkətdə olan betonqarışdıran maşın “VAZ 2107” markalı minik avtomobilinin üzərinə aşıb.

Hadisə nəticəsində ölən və ya xəsarət alanların olması dəqiqləşdirilir.

Qəza yerinə polis əməkdaşları cəlb olunub. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm