Hadisə
Xarici ölkə vətəndaşına qarşı soyğunçuluq edənlər saxlanıldı - - FOTO

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində bir neçə gün əvvəl Sabunçu rayonu ərazisində xarici ölkə vətəndaşına qarşı soyğunçuluq edən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 13-cü Polis Bölməsi (PB) tərəfindən Pakistan vətəndaşı Qulam Murtazaya məxsus içərisində 150 manat, 100 dollar, habelə mobil telefon olan pul kisəsini soyğunçuluq yolu ilə alan əvvəllər məhkum olunmuş şəxslər –Füzuli rayon sakini Cavad Nəsirov və İsmayıllı rayon sakini Süleyman Səfərov saxlanılıblar.
Saxlanılan şəxslərin ətraflarında keçirilən əlavə tədbirlərlə onların həmin gün dəstənin digər üzvü Masallı rayon sakini Uğur Abışovla birlikdə Bakıxanov qəsəbəsində Həsən Sadıqzadəyə məxsus “Vaz 2106” markalı avtomobili qaçırdıqları da müəyyən edilib.
Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində dəstənin digər üzvü U.Abışov da saxlanılaraq istintaqa təqdim edilib. Qeyd edək ki, saxlanılan şəxslər avtomobili qaçırandan sonra həmin nəqliyyat vasitəsinin İsmayıllı rayonuna apararaq orada 450 manata satıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları soyğunçuluq və oğurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər. Qeyd olunub ki, onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Sabunçu RPİ 13-cü Polis Bölməsinə müraciət edə bilərlər.






-
Elm və təhsil01:41
Keçid balı ən az olan İXTİSASLAR - SİYAHI
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Kiçik səhvlər böyüyə bilər
-
Magazin229 Aprel 23:36
Məşhur rok qrupunun vokalisti VƏFAT ETDİ - FOTO
-
Sosial29 Aprel 22:48
7 ay əvvəl toyu olmuşdu...
-
Magazin129 Aprel 22:12
“Həmin məktəb həyat yoldaşımın adını daşıyır”
-
Nida Xəbər 29 Aprel 21:00
Prezidentin qızları ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimində - FOTO
-
Hadisə29 Aprel 19:30
Bakının mərkəzindəki yanğınla bağlı YENİ XƏBƏR
-
Sosial29 Aprel 17:08
Bakının bu rayonunda qaz olmayacaq