Bakıda iki sərnişin avtobusu toqquşdu, 3 yaralı - FOTOLAR - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda iki sərnişin avtobusu toqquşdu, 3 yaralı - FOTOLAR - (YENİLƏNDİ)

Bakıda sərnişin daşıyan iki avtobus toqquşub.

Bakı Nəqliyyat Agentliyindən Pulika.az-a verilən məlumat görə, hadisə paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. 57 saylı marşrut xətti üzrə hərəkət edən, 90 RX 457 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Elnur İmanov yolun hərəkət hissəsinə çıxan piyadanı vurmamaq üçün qəfil əyləcə basıb.

Nəticədə arxada hərəkətdə olan, Hafiz Məmmədovun idarə etdiyi 49 nömrəli, 99 XJ 572 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu 57 nömrəli avtobusa çırpılıb. BNA-nın araşdırmaları nəticəsində məlum olub ki, qəza zamanı 3 nəfər sərnişin yüngül xəsarət alıb.

***

Bakıda iki marşrut avtobusu toqquşub, xəsarət alanlar var.

Yol-nəqliyyat hadisəsi paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, "Neftçilər" metro stansiyasının yaxınlığında Vasif Məhərrəmov idarə etdiyi 49 nömrəli marşrut avtobusunu dayanacaqda dayanan 57 nömrəli marşrut avtobusuna çırpıb. Nəticədə, hər iki avtobusdakı ümumilikdə 15 nəfər sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili yardım maşınları cəlb edilib, yaralılar tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm