
Bakıda mənzildə meyit aşkarlanıb.
Publika.az FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1944-cü il təvəllüdlü İlina İnna İvan qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.