İsmayıllıda əməliyyat – Narkotiklər məhv edildi
Bizi izləyin

Hadisə

İsmayıllıda əməliyyat – Narkotiklər məhv edildi

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də narkotik tərkibli bitkilərin yaşıl kütlə halında yığılaraq məhv edilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilib.

Publika.az xəbər verir ki, nəticədə 3 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, yaşıl kütlə halında narkotik tərkibli bitkilər isə aşkar edilərək məhv edilib. Polis əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında rayon sakinləri İsmayıl İsmayılova məxsus həyətyanı sahəyə keçirilən baxış zamanı oradan ümumi çəkisi 1 kiloqram 666 qram qurudulmuş marixuana və 535 qram çətənə kolu, Eldəniz Balakişiyevə məxsus həyətyanı sahəyə baxış zamanı isə 1 kiloqram 417 qram qurudulmuş marixuana və 635 qram çətənə kolu aşkar edilərək götürülüb.

Hacı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm