
Ağdamda 83 yaşlı kişinin idarə etdiyi avtomobil yanaraq külə dönüb.
Publika.az xəbər verir ki, hadisə rayonun Əfətli kəndində baş verib.
Kənd sakini, 1934-cü il təvəllüdlü Əliyev Sərdar Mütəllim oğluna məxsus “02 BE 079” dövlət nömrə nişanlı minik avtomobilində yaranan qısa qapanma nəticəsində nəqliyyat vasitəsi yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.