
Şirvanda yanğın qeydə alınıb.
Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Şirvan şəhərində ümumi sahəsi 120 m² olan birmərtəbəli 6 otaqlı evin 1 otağının tavanı 10 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.