75 yaşlı kişi özünü 7-ci mərtəbədən atdı - BAKIDA
Bizi izləyin

Hadisə

75 yaşlı kişi özünü 7-ci mərtəbədən atdı - BAKIDA

Bakıda intihar olub.

Binəqədi rayonu, 8-ci mikrorayon, Axundov küçəsi ev 3A ünvanında yerləşən 12 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yaşayan 1942-ci il təvəllüdlü Vahid Feyzulla oğlu Rüstəmov yaşadığı evin eyvanından özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

V. Rüstəmovun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil. Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm