• USD 1,7000 0,00% EUR 2,0484 -0,31%
    • GBP 2,3696 -0,17% RUB 0,0230 0,00%

Mirvari Qəhrəmanlı məhkəmədə ifadə verdi

Mirvari Qəhrəmanlı məhkəmədə ifadə verdi

Kanal 13 internet televiziyasının direktoru Əziz Orucov barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Nefçilərin Hüquqlatını Müdafəsi Mərkəzinin rəhbəri Mirvari Qəhrəmanlı ifadə verib.

O, Əziz Orucovu uzun müddətdir tanıdığını və rəhbəri olduğu internet TV ilə əməkdaşlıq etditiyini söyləyib. Onun sözlərinə görə, qarşılıqlı müqavilə əsasında əməkdaşlıq edilib və internet televiziyasında hüquqi yardımla bağlı maarifləndirici verilişlər hazırlanıb. O, internet televiziya olan Kanal 13-ə verilişlərin hazırlanması üçün 3 dəfə ödəniş etdiyini deyib.

Əziz Orucov barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur.

Bu il iyulun 1-də onun barəsində cinayət işi başlanıb. İşi Baş Prokurorluğun Ağır Cinayətlər üzrə istintaq idarəsi araşdırıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR